Litvada Baş nazirlə münaqişədən sonra 3 nazir istefaya göndərilib

Litva Prezidenti Dalya Qribauskayte hökumətin üç üzvünün - təhsil və elm naziri Yurqita Pyatrauskene, mədəniyyət naziri Liana Ruokite-Yonsson və ətraf mühit naziriKyastutis Navitskasın istefasını qəbul edib.

Prezident onların işdən çıxarılmasına dair müvafiq sərəncam imzalayıb. Mədəniyyət nazirinin vəzifədən azad edilməsi haqqında sərəncam dekabrın 21-də, digər ikisi barədə sərəncam isə bu gün qüvvəyə minir.

Qeyd olunur ki, bu üç nazirin vəzifədən çıxarılması Litvanın Baş naziri Saulyus Skvyarnyalislə yaşadıqları münaqişədən sonra baş verib. Dekabrın 5-də Prezidentlə görüşdən sonra L.Ruokite-Yonsson və K.Navitskas daha baş nazirlə işləmək istəmədiklərini bildiriblər, onu təzyiq göstərməkdə və nazirlərin arxasında gizlənməkdə ittiham ediblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31