İsrail-Livan sərhədində tunel tapıldı: BMT danışıqlara başladı
7 Dekabr 2018 12:38 Dünyaİsrail-Livan sərhədində aparılan araşdırmalar zamanı yeraltı tunel aşkar edilib.
Bu barədə BMT-nin Xidməti Qüvvələri tərəfindən yayımlanan açıqlamada deyilib.
Bildirilib ki, tunelin tapılmasıdan sonra İsrail hərbçiləri həmin bölgəyə gedib:
"Hazırda bu məsələdən dolayı tərəflərlə əlaqə yaradılmaqdadır. Bu təhlükəli durumun aydınlaşdırılması olduqca vacibdir".
Qeyd edək ki, İsraildən olan və adı açıqlanmaya rəsmi şəxs bu tunellərdən müəyyən qüvvələrin İsrailə keçərək, burada qətliamlar törətmək, kəndləri ələ keçirmək üçün istifadə edə biləcəyini açıqlamış, nəticədə Livana müdaxiləni istisna etməmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31