Senatordan Qaşıqçı ilə bağlı sərt tələb: Səfiri qovmalıyıq
7 Dekabr 2018 12:34 DünyaSəudiyyə Ərəbistanının ABŞ-dakı səfiri rəsmən qovulmalıdır və bütün müttəfiqlərimizi də eyni addımı atmağa dəvət edirik.
Bu sözləri qətlə yetirilən Camal Qaşıqçı cinayəti ilə bağlı açıqlamasında ABŞ senatoru Dik Durbin bildirib.
Durbin vəliəhd Məhəmməd bin Salmanın cinayətə şərik olduğuna heç bir şübhə etmədiyini bildirib və çağırış edib:
"Diplomatik missiyada işlənən bu vəhşicəsinə qətl şiddətlə pislənməlidir. Prezidenti səs qeydlərinin də olduğu bütün kəşfiyyat hesabatlarını nəzərdən keçirməyə və ciddi addım atmağa çağırıram".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31