Ukrayna Ali Radası dəniz mühafizəsinə xəbərdarlıq etmədən atəş açmağa icazə verib
7 Dekabr 2018 12:16 DünyaUkrayna Ali Radası bu ölkənin Dövlət Sərhəd Xidmətinin Dəniz Mühafizəsinin gəmilərinə xəbərdarlıq edilmədən silah tətbiq etməyə icazə verib.
Müvafiq sənəddə qeyd edilir ki, silahlı basqın, münaqişələrin dayandırılması və təxribat, həmçinin Ukrayna gəmilərinə hücumların qarşısını almaq məqsədilə xəbərdarlıq edilmədən silah tətbiq edilə bilər.
Bundan əlavə, sərhədçilər xəbərdarlıq atəşindən sonra Ukrayna qanunvericiliyini pozmuş gəmilərin tutulması məqsədilə də silah tətbiq etmək hüququ əldə ediblər.
Xəbərdarlıq atəşlərindən istifadə həmçinin düşmən gəmilərinin isti izlərlə təqib edilməsi zamanı və gəmilər gizlənməyə çalışarkən mümkündür.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31