Castin Tryudo "Huawei"yin maliyyə direktorunun Kanadada həbsini şərh edib

Kanadanın baş naziri Castin TryudoÇinin "Huawei Technologies" şirkətinin maliyyə direktoru Men Vançjounun Kanada ərazisində saxlanılmasına münasibət bildirib.

Bu barədə "Global News" məlumat yayıb.

Siyasətçi bildirib ki, o, bu barədə müvafiq hakimiyyət orqanları tərəfindən bir neçə gün ərzində məlumatlandırılıb.

"Mən hamını əmin edə bilərəm ki, bizim ölkənin müstəqil məhkəmə sistemi və müvafiq hakimiyyət orqanları bu halda siyasi müdaxilə olmadan qərar qəbul edib", - deyə baş nazir bildirib.

Tryudonun sözlərinə görə, o, bu məsələni beynəlxalq tərəfdaşları ilə müzakirə etməyib.

Qeyd edək ki, daha əvvəl Kanadanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının Men Vançjounu saxlamaları barədə xəbər verilib. ABŞ onu ekstradisiya etmək istəyir. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31