Meksika Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb

Meksikanın müvafiq orqanları bu ölkənin ərazisinə Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb.

Bbu barədə "El Manana" məlumat yayıb.

Miqrasiya Milli İnstitutunun nümayəndəsinin sözlərinə görə, ölkə ərazisinə Mərkəzi Amerikadan olan və ABŞ-a getmək istəyən miqrantların sayı 9,47 min nəfərdir. İnstitutun məlumatında bildirilir ki, onlar əsasən Aşağı Kaliforniya, Sonora, Verakrus və Mexiko ştatlarındadır. 

Miqrantlar bir neçə dəfə Meksika-ABŞsərhədini qeyri-qanuni keçməyə cəhd göstəriblər. Lakin sərhəd pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31