Tramp Nauerti ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi təyin etmək qərarına gəlib

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauerti ölkənin BMT-dəki daimi nümayəndəsi təyin etmək qərarına gəlib.

Bu barədə "Bloomberg" agentliyi məsələdən xəbərdar 3 mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi Nikki Heyli ilin sonunda öz vəzifəsini tərk edəcəyini bildirib.

ABŞ prezidentinin daimi nümayəndəni təyin etməsindən sonra onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31