Pentaqon: Xaşkaci işi Vaşinqtonun Ər-Riyadla hərbi əməkdaşlığına təsir göstərməyib

Səudiyyə Ərəbistanlı jurnalist Camal Xaşkacinin öldürülməsi məsələsi ABŞ-ın müdafiə sahəsində Ər-Riyada qarşı siyasətinə, müvafiq olaraq iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinə təsir göstərməyib.

Bu barədə konfrans zamanı ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford bildirib

C.Danford deyib: "Səudiyyə Ərəbistanına gəldikdə onlar istənilən digər dövlətdən heç nə ilə fərqlənmir. Belə ki, hər bir ölkə ilə müdafiə sahəsində qarşılıqlı fəaliyyət müdafiə siyasəti ilə müəyyən edilir. İndiyədək Səudiyyə Ərəbistanına qarşı siyasətdə silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinə təsir gösətəcək heç bir dəyişiklik olmayıb".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31