Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra...
7 Dekabr 2018 10:55 DünyaMoskvadan İrkutska uçan "Aeroflot"a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub.
Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb.
Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.
Təyyarədə partlayıcı qurğu tapılmayıb.
Hazırda anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31