Əfqanıstanda aviazərbələr nəticəsində azı 20 dinc sakin ölüb
28 Noyabr 2018 15:53 DünyaƏfqanıstanın cənubundakı Hilmənd vilayətinə endirilən aviazərbələr nəticəsində azı 20 dinc sakin, o cümlədən qadınlar və uşaqlar ölüb.
Bu barədə məlumat verən vali hava hücumlarının radikal "Taliban" qruplaşmasının mövqelərini hədəf aldığını bildirib.
Amma o, aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri, yoxsa beynəlxalq koalisiya qüvvələri tərəfindən endirildiyini açıqlamayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31