Ermənistan Respublika Partiyasının sədr müavini dindirilməyə çağırılıb
28 Noyabr 2018 15:45 DünyaErmənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan Yerevan İstintaq İdarəsinə çağırılıb.
Bu barədə A.Aşotyan "Facebook" səhifəsində yazıb.
"Hazırda bir neçə aydır davam edən absurd iş üzrə hələ ki şahid qismində Yerevan İstintaq İdarəsindəyəm", - deyə yazan partiya sədrinin müavini bundan əvvəl son dəfə iki ay əvvəl dindirildiyini vurğulayıb.
A.Aşotyan sorğu-sualın detalları barədə sonra məlumat verəcəyini qeyd edib. O eyni zamanda seçkiqabağı kampaniya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə hərəkətləri ilə bağlı şərh vermək niyyətində olduğunu da bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31