Qahirə ətrafında 8 mumiyalı sərdabə tapıldı
28 Noyabr 2018 15:10 DünyaMisir arxeoloqları Qahirə ətrafında yeni sərdabələr tapıblar.
Daxşur rayonunda aparılan qazıntılar öz bəhrəsini verib. Arxeoloqlar mumiyalı sarkofaqlar olan sərdabələr tapıblar.
Misirin qədim abidələr nazirliyindən verilən məlumata əsasən, sözügedən rayonda arxeoloji qazıntılar avqust ayından aparılır. Alimlər sərdabələrdə 8 sarkofaq tapıblar. Sarkofaqların içində isə yaxşı qalmış mumiyalar var.
Alimlər ehtimal edirlər ki, sarkofaqlar Qədim Misirin qədim tarixinə aiddir. Dəqiq məlumat analizlərdən və incələmələrdən sonra bilinəcək. Hazırda sarkofaqlar tədqiqat üçün xüsusi laboratoriyalara aparılıb.
Daxşur rayonu Qahirənin 26 kilometrliyində yerləşir. Qədim Misirin Qədim və Orta dövr çarlığına aid fironlarının sərdabələri ilə məşhurdur. Ərazidə bir neçə piramida da kəşf edilib.
Ölkə.Az