ABŞ Misirə 10 helikopter satacaq
28 Noyabr 2018 14:53 DünyaAmerika Birləşmiş Ştatları Misirə ümumi dəyəri 1 milyard dollar olan 10 ədəd müasirləşdirilmiş "AH-64E Apache" hücum helikopteri, həmçinin onların döyüş sursatları və ehtiyat hissələrini satmaq barədə qərar qəbul edib.
Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı İdarəsi yayıb.
Sənəddə qeyd olunur ki, Misir Sinay yarımadasında regional sabitliyi pozan terror fəaliyyətinə qarşı hər iki ölkənin maraqları naminə müqavimət göstərmək məqsədi ilə belə bir qərar verib.
Həmçinin vurğulanır ki, bu saziş regionda hərbi balansı dəyişməyəcək.
www.yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31