Türkiyədə tikilməkdə olan yol qovşağı çöküb, 5 nəfər dağıntı altında qalıb

Türkiyənin Kocaeli əyalətinin Gebze rayonunda tikilməkdə olan Şimali Mərmərə avtomobil yolunda körpünün çökməsi nəticəsində 5 fəhlə dağıntı altında qalıb.

Bunu Türkiyənin ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selcuq deyib.

Bildirilib ki, ötürücü yol qovşağı 30 metr hündürlükdə tikilir və fəhlələr oradan düşüblər.

Nazirin sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparmaq üçün 2müfəttişə səlahiyyət verilib.

Kocaeli valisi Hüseyn Aksoy axtarış-xilasetmə işlərinin davam etdiyini və dağıntı altında qalanlardan biri ilə əlaqə saxlanıldığını deyib. O, qəzanın səbəbinin texniki araşdırmadan sonra məlum olacağını vurğulayıb.

report 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31