İvanişvilidən şok addım: Əhaliyə bir-bir zəng edir
28 Noyabr 2018 14:04 DünyaGürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası qeyri-hökumət təşkilatı seçkinin ikinci turunda ilk pozuntu hallarını qeydə alıb.
Təşkilat seçkinin ikinci turunda 7 pozuntu haqda məlumat yayıb. Pozuntulardan 5-i Kaxetiya bölgəsində, ikisi isə ermənilərin çoxluq təşkil etdiyi Axalkalaki şəhərində baş verib.
Bundan başqa, əhalinin telefonlarına 48 nömrəsiylə Bidzina İvanişvilinin adından zənglər daxil olduğu bildirilib. Belə ki, telefon zənginə cavab verənlər burada İvanişvilinin səs yazısını eşidirlər. İvanişvili "zəng etdiyi" şəxsi seçkiyə çağırır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31