"Hər böhranda bu dövlətlərdən əliboş qayıtdıq" – Ərdoğan

BMT Təhlükəsizlik Şurasında bir ölkənin iki dodağı arasına məhkum bir dünyanı görürəm. Bütün dünya ora bağlıdır. 5 daimi üzv var və onlardan biri nə desə, hər kəs onu etməyə məcburdur. Siz heç nə edə bilməzsiniz.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İSEDAK toplantısında çıxışı zamanı deyib.

"Bu qurumlardan və dövlətlərdən hər böhranda əlimiz boş qayıtdıq. Qütblərdəki balinaların sayını düşündükləri qədər Somalidə aclıqdan ölən uşaqları düşünmədiklərinin şəxsən şahidi oldum. Baxın, Aralıq dənizində, Egeydə köç əsnasında ölən insanlarla bunların bir dərdi varmı? Pul, neft, almaz və qızıldan başqa qiymət verdikləri çox az dəyərin olduğunu artıq bilirik", - Ərdoğan bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31