Kreml Trampın Putinlə görüşü təxirə salacağı ehtimalını şərh edib
28 Noyabr 2018 13:56 Dünya"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında "G-20" çərçivəsində razılaşdırılmış görüşə hələ də hazırlıq gedir, amerikalılar tərəfindən bu tədbirin ləğv edilməsi ilə bağlı bizə heç bir informasiya daxil olmayıb".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə Vladimir Putinlə Donald Trampın əvvəlcədən nəzərdə tutulan görüşü keçiriləcək.
Qeyd edək ki, Donald Tramp "Washington Post"a müsahibəsində bildirib ki, ola bilsin Kerç boğazında baş vermiş hadisəyə görə Rusiya lideri ilə görüşü təxirə saldı.
"G-20"nin zirvə toplantısı bu il noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçiriləcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31