Ukraynada prezident seçkilərinin tarixi təsdiqlənib

Ukrayna Ali Radasının sədri Andrey Parubiy Ukraynada prezident seçkilərinin keçirilməsi haqqında qərar imzalayıb.

Seçkilər gələn il martın 31-də keçiriləcək.

Ali Radanın sədri həmçinin ölkə Prezidenti Petro Poroşenko tərəfindən təklif olunan hərbi vəziyyət haqqında qanunu imzalayıb.

Xüsusi hüquqi rejim Ukraynanın 10 regionunda noyabrın 26-da saat 14:00-dan dekabrın 26-sı saat 14:00-dək tətbiq olunur.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31