Gürcüstan MSK: Seçici fəallığı 20%-ə yaxınlaşır

Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 12:00 üçün 19,6% təşkil edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

O deyib ki, seçkilərin birinci turunun eyni göstəricisi ilə müqayisədə seçici fəallığı daha yüksəkdir. Oktyabrın 28-də keçirilmiş seçkilərin birinci turunda saat 12:00 üçün seçici fəallığı 15,95% olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31