Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb

Avstraliyanın Kvinslend ştatında güclü istilərin səbəb olduğu meşə yanğınları tüğyan edir.

Alovlara bürünən sahə artıq 20 min hektara çatıb. Yanğın fövqəladə vəziyyət səviyyəsindədir.

Yerli hakimiyyət sakinlərin təhlükəsizliyinə artıq zəmanət verə bilmədiklərini bəyan edib. Bir sıra rayonlarda təxliyənin mümkün olmadığı bildirilir.

Yanğın ərazisində qalanlara mühafizə paltarı geyinmək, pəncərə və qapıların altına nəm dəsmal qoymaq kimi məsləhətlər verilir.

Polis güclü yanğın səbəbindən alovlu qasırğanın yarana biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, bu vəziyyətdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün olacaq.

Qeyd edək ki, ötən həftənin şənbə günündən davam edən güclü yanğınlarla mübarizəyə 8 təyyarə, o cümlədən 15 min litr su tökmək gücü olan iri yanğın təyyarəsi cəlb edilib.

Hadisə nəticəsində bir xeyli ev dağılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31