Tiflisdə seçki gərginliyi: ilk insident və həbslər başladı
28 Noyabr 2018 12:13 DünyaGürcüstanda ikinci turdan öncə bir sıra insidentlər qeyd alınıb.
Zuqdidi şəhərində Vahid Milli Hərəkatın nümayəndəsi Vaxtanq Xviçiya gecə seçki məntəqəsindən polis idarəsinə gətirilib. Buna səbəb onun yerli seçki komissiyasının üzvləriylə dalaşması olub.
Daha bir insident Qardabani rayonunda baş verib. Burada Zurabişvili və Vaşadze tərəfdarları arasında dava düşüb. Polis bir neçə nəfəri həbs edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31