Tramp Ukrayna ilə bağlı vəziyyətə görə Putinlə görüşməyə bilər

ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

Tramp hadisə ilə bağlı "ətraflı hesabat" gözləyir.

"O, (Hesabat. - Report) müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı... Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil", - deyə qəzet onun sözlərini sitat gətirib.

Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31