Tramp və Ərdoğan Argentinada görüş keçirəcək

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada keçiriləcək G-20 sammiti çərçivəsində danışıqlar aparacaqlar. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, "Böyük iyirmilik" sammiti 30 noyabr-1 dekabr tarixlərində Argentinada keçiriləcək.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31