Çində kimya zavodu yaxınlığında PARTLAYIŞ: 22 nəfər ölüb

Çinin Hebey əyalətinin kimyəvi maddələr zavodu yaxınlığında baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb. 22 nəfər isə yaralanıb.

Hadisə yerli vaxtla saat 00:41-də baş verib.

Partlayış nəticəsində 38 yük maşını və 12 minik maşını yanıb.

Axtarış işləri davam etdirilir, hadisənin səbəbi araşdırılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31