Gürcüstan yeni prezident seçir - Seçkilərin ikinci turu başladı
28 Noyabr 2018 11:13 DünyaGürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.Məntəqələr yerli vaxtla saat 8-də açılıb. Seçkilərin bu turunda iki namizəd prezident kürsüsü uğrunda mübarizə aparır.
Vətəndaşlar ölkə daxilində olmaqla yanaşı, 39 ölkədə yaradılmış seçki məntəqələrində də səsvermədə iştirak edəcəklər.
Ümumilikdə 3 min 703 seçki məntəqəsi fəaliyyət göstərir.
Gürcüstanda 18 yaşdan yuxarı 3 milyon 528 min 658 vətəndaş səsvermə hüququna malikdir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31