Ərdoğan prezident səlahiyyətlərini 1 HƏFTƏLİK vitse-prezidentə təhvil verdi
28 Noyabr 2018 11:09 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.
Bu barədə "Resmi gazete" qəzetində dərc olunan qərarda deyilir.
Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.
Xatırladaq ki, sonuncu dəfə türkiyəli lider Macarıstana səfəri ilə əlaqədar səlahiyyətlərini vitse-prezidentə təhvil vermişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31