15 yaşlı qız intihar etdi - Atasından ürəkdağlayan sözlər - Video
28 Noyabr 2018 02:37 DünyaTürkiyənin Zonquldağ vilayətində yoldaşları ilə mübahisə edən 15 yaşlı şagird 7-ci mərtəbədən özünü ataraq intihar edib.
Teleqraf.com xəbər verir ki, M.K adlı gənc qız sinif yoldaşları ilə mübahisə edəndən sonra hündür mərtəbəli binaya çıxaraq 7-ci mərtəbədən özünü atıb.
Hadisə yerinə gələn ata göz yaşları içərisində "qızım sən nə etdin? Mən sənsiz nə edəcəm"?, deyərək nalə çəkib.
Polis hadisə yerində araşdırma apararkən ətrafdakı insanlar çəkiliş aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

