Daha bir jurnalistdən ACI XƏBƏR -

Tanınmış ingilis radio aparıcısı Gavin Ford Livandakı evində ölü tapılıb.

Teleqraf.com xəbər verir ki, Beyrutdakı radioların birində çalışan aparıcının ölümü ilə bağlı İngiltərə səfirliyi açıqlama verib. Səfirlik jurnalistin müəmmalı ölümünü nəzarətə götürdüklərini, ciddi araşdırmaların aparılacağına ümid etdiklərini bəyan edib.

Ölümün səbəblərilə bağlı rəsmi açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31