Qanını və ilan zəhərini üzünə sürtənlər — Məşhurların gözəllik sirləri

Ekranlarda və jurnallarda gördüyümüz Hollivud gözəllərinin də sirləri var. Onlar gözəl qalmaq üçün müxtəlif üsullara baş vururlar.

Oxuculara dünya ulduzlarının gözəllik sirrini açıqlayırıq.


Heyli Bolduin

Məşhur model Heyli Bolduin nəmləndirici kremin içinə öz qanını əlavə edir.


Cennifer Lopez

Məşhur müğənni tərkibində plesanta olan kollagen maskalardan istifadə edir. Bu tip maskalar dəri elastikliyini artırır və nəmləndirir.


Bar Refaeli
İsrailli model dərisini parlaq və sağlam saxlamaq üçün qızıldan hazırlanan mayedən istifadə edir.


Ketrin Zeta-Cons

Ketrin saçlarına evdə baldan hazırlanan maska sürtür və gözəl saçının sirrinin bu olduğunu deyir.


Keyt Hadson

Məşhur aktrisa dərisini yeniləmək və qüsursuz görünmək üçün üzünü buz ilə dolu bir qaba salır.

Keyt Middlton

Keyt Middlton tərkibində arı zəhəri olan maskadan istifadə edir. Kembric hersoginyası bu üsuldan tez-tez istifadə edir. Bu maska üzdəki qırışıqları azaldır.


Ledi Qaqa

Ledi Qaqa üz dərisini dartmaq və qırışıqlardan qurtulmaq üçün xüsusi bir sarğıdan istifadə edir. 


Teri Hatçer

Aktrisa vanna qəbul edəndə suya bir qədəh qırmızı şərab əlavə edir. Onun fikrinə görə bu, dərini yumşaldır və qüsursuz edir.


Viktoriya və Devid Bekhem cütlüyü

Cütlük quş peyinindən hazırlanan maskadan istifadə edir. Bu üsul yüz illərdir Yaponiyada geyşalar tərəfindən istifadə edilir.


Demi Mur

Hollivud gözəli dərisinə zəli qoydurur.

Fergi

Fergi botoks əvəzinə ilan zəhərindən istifadə edir.


Keyt Blanşet

Keyt sünnət dərisindən hazırlanan hüceyrələri üzünə vurdurur. Bu üsul ilə qocalmanı ləngidir.


Skarlett Yohansson

Məşhur Hollivud gözəli üzünə alma sirkəsi sürtür.


Keyti Holms

Məşhur ulduz Keyti dərisini qüsursuz və yumşaq saxlamaq üçün ilbiz dəri qulluğu məhsullarından istifadə edir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31