Rus iqtisadiyyatı elə bir çuxura düşüb ki... – Palata sədri

Rusiya iqtisadiyyatı çuxura düşüb.

Bunu Maliyyə Universitetinin V Beynəlxalq Forumunda çıxışı zamanı Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib. Onun sözlərinə görə, son 10 ildə Rusiya iqtisadiyyatı cəmi 1% böyüyür:

"Onu demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra bizim tariximizdə belə uzun dövr - 10 il eyni artım tempi ilə yaşadığımız olmayıb. Bu il hökumət ÜDM artımını 2,1%-dən 1,8%-ə endirib. Bizim iqtisadiyyatımız üçün hər zaman aparıcı qüvvə olan neftin qiymətinin iki dəfə qalxması belə artım tempinin aşağı düşməsinin qarşısını ala bilmədi. İqtisadiyyata artıq başqa drayverlər lazımdır. Bu diskussiya altı ildən çoxdur gedir. 2012-ci ildən bununla bağlı böyük diskussiyalar var, amma heç bir dəyişiklik yoxdur".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31