Bu vətəndaşlar Yamaykaya vizasız gedəcəklər
Noyabrın 27-dən Rusiya ilə Yamayka arasında vizasız rejim qüvvəyə minib.
27 Noyabr 2018 15:58 DünyaNoyabrın 27-dən Rusiya ilə Yamayka arasında vizasız rejim qüvvəyə minib.
Bu barədə saziş sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Yamaykanın xarici işlər naziri Kamina Conson Smit arasında imzalanıb.
Sazişə əsasən hər iki ölkənin vətəndaşları 90 gün ərzində viza almadan səfər edə bilər.
90 gündən artıq müddətdə qalan vətəndaşlar əvvəlki kimi viza almalı olacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31