Ruhani ABŞ-ı daha sərt addıma məcbur edir - Pompeo

Həsən Ruhaninin bəyanatları İranın dünyadan təciridini gücləndirir.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

"Belə bəyanatlar regionda gərginliyi artırır. Ruhani İslam Birliyi konfransında bütün müsəlmanları ABŞ-a qarşı birliyə səslədi. Bu, təhlükəli və məsuliyyətsiz addımdır və İranın təcridini gücləndirəcək. İran prezidenti ölkəsindəki rejimi və xalqı daha çox təcrid etmək üzərində çalışır. İran xalqı hər şeyi yaxşı bilir və 39 ildir onu dünyada dəhşətli dərəcədə təmsil edən hökuməti ilə razı deyil. İnsanlar bu tiranlıqdan uzun müddətdir əziyyət çəkirlər", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31