Avropa Birliyinin rəhbəri Moskvaya səsləndi: “Əl çəkməlisiniz!”

Donald Tusk: "Avropa Ukraynanı dəstəkləməyə davam edəcək"

Avropa Birliyi Şurasının sədri Donald Tusk, Rusiya-Ukrayna arasında baş verənlərə münasibət bildirib.

 Tusk, "tvitter" səhifəsindəki paylaşımında, Ukrayna prezidenti Petro Poroşenko ilə vəziyyəti müzakirə etdiyini və Avropanın Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

Tusk, Rusiyanın Azov dənizində şiddətə əl atmasını qınadığını deyib. Rusiya tərəfindən girov götürülən Ukraynalı dənizçilərin və gəmilərin geri qaytarılması üçün çağırış edən Tusk, Moskva rəhbərliyinin qıcıqlandırıcı hərəkətlərdən əl çəkməli olduğunu qeyd edib.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31