Ukraynalı diplomatlar Rusiya XİN-ə çağırıldılar
26 Noyabr 2018 18:16 DünyaUkraynanın Rusiyadakı müvəqqəti işlər vəkili bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu gün Ukraynanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq", - Zaxarova "Rossiya 24" telekanalının efirində deyib.
Onun sözlərinə görə, çağırılmaya səbəb "Ukrayna tərəfinin aqressiv və təxribatçı hərəkətləridir".(Virtualaz.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31