"Dünyanın müxtəlif yerlərində oxşar cinayətlər törədilib"
26 Noyabr 2018 18:12 DünyaAnkara terror təşkilatı tərəfindən həyata keçirilən narkotik ticarəti ilə mübarizədə kifayət qədər dəstək almır.Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan bildirib ki, Türkiyədə terrorizmə qarşı mübarizənin əsas nəticələrindən biri narkotik maddə ticarətinin və istifadəsinin azalmasıdır.
"Terrorizm yalnız İslam dünyasının problemi deyil. Keçmişdə dünyanın müxtəlif yerlərində oxşar cinayətlər törədilib ", - deyə dövlət başçısı qeyd edib.
Buna baxmayaraq, terrorizmlə bağlı yalan ittihamlar əsasən müsəlmanların ünvanlarına səsləndirilir, bu isə terrorizmə qarşı qlobal mübarizənin önündə duran ən böyük maneədir.
"Terrorizmə qarşı müvəffəqiyyətin əldə edilməsi bütün istiqamətlərdə aktiv şəkildə mübarizə aparılarsa mümkün ola bilər. Terrorçulara açıq və ya gizli dəstək verən qüvvələr də müsəlmanlarla bağlı mənfi düşüncələrin formalaşmasına çalışır. Biz dünya ictimaiyyətini terrorizmin tamamilə aradan qaldırılmasına dair prinsipial mövqeyə sadiq qalmağa çağırırıq", deyə o bildirib.
SİA