Dubay polisi “ağıllı” polis avtomobillərini təqdim edib
26 Noyabr 2018 17:48 DünyaDubay polisi ən müasir və texniki cəhətdən dünyada ən mükəmməl polis patrul avtomobillərinin yeni nəslini təqdim edib.
Yolsuzluq şəraiti üçün nəzərdə tutulan bu avtomobillər süni intellekt texnologiyaları ilə, o cümlədən insanları üzdən tanıma vasitələri ilə təchiz olunub. Sensor ekranlar və müasir rabitə vasitələri quraşdırılmış bu avtomobillər axtarışda olan nəqliyyat vasitələrinin nömrə nişanlarını tanımağa və komanda məntəqəsi ilə operativ əlaqə saxlamaq üçün imkan verir.
Cinayətkarlığa qarşı mübarizədə bu cür avtomobillərdən istifadə edilməsi daim müasir texnologiyalar tətbiq etməklə öz fəaliyyətini təkmilləşdirən Dubay polisinin işini xeyli asanlaşdıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31