Litvadan Ukraynaya açıq dəstək – Rusiyadan tələb
26 Noyabr 2018 17:11 DünyaLitva Ukraynaya Kerç boğazındakı insidentdən sonra yardım etməyə hazırdır.
Bunu Litva Prezidenti Dalya Qribauskayte deyib. Onun sözlərinə görə, Rusiya tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozub.
"Aydındır ki, Rusiya Ukraynaya qarşı birbaşa və aqressiv müharibə aparır. Litva Rusiyanın fəaliyyətini qınayır və Ukrayna gəmilərinin, eləcə də ekipaj üzvlərinin dərhal azad edilməsini tələb edir", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31