Yenə çiyələyin içindən iynə çıxdı - Bu dəfə Yeni Zelandiyada
26 Noyabr 2018 17:04 DünyaYeni Zelandiyada çiyələyin içindən iynə aşkar edilib.
Hadisənin baş verdiyi Ceraldin şəhərində araşdırma başlayıb.
Qeyd olunur ki, sakinlərdən biri çiyələyin içindəki iynəni vaxtında aşkar edib.
Yerli polis sakinləri ethiyatlı olmağa çağırıb.
Xatırladaq ki, bir neçə həftə əvvəl Avstraliyada çiyələklərin içində iynələr aşkar edilmişdi. Bu hadisə ilə bağlı çiyələk fermasının əməkdaşı həbs edilib. O, iynələri həmkarlarından intiqam almaq üçün çiyələklərin içinə yerləşdirdiyini etiraf etmişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31