Astanadan Ukrayna-Rusiya gərginliyinə - Reaksiya

Qazaxıstan Azov dənizində gərginliyin azaldılmasına dair bütün tədbirləri dəstəkləyəcək.

Bu barədə Qazaxıstan Xarici İşlər nazirinin müavini Ərcan Aşikbayev bildirib.

"Vəziyyət diqqət mərkəzimizdədir. Biz balanslı mövqe tuturuq və tərəfləri gərginliyin artmasına imkan verməmək üçün maksimum məsuliyyətli olmağa çağırırıq. İlk növbədə inam bərpa edilməlidir. Biz bu cür hadisələrin qarşısını almaq və həll üçün mexanizmlərin inkişaf etdirilməsini zəruri hesab edirik", - Aşikbayev deyib.

Xatırladaq ki, ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib və Kerç limanına aparılıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31