NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə toplantı keçirəcək

NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə iclas keçirəcək.

NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə iclas keçirəcək. 

Hərbi alyansın Ukrayna komissiyası bu gün Brüsseldə toplanacaq və Azov dənizinin Kerç boğazındakı hadisələri müzakirə edəcək.

Bundan başqa, noyabrın 26-da NATO-nun baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Azov dənizində yaranmış vəziyəti müzakirə ediblər. 

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31