BƏƏ-də ömürlük həbs cəzasına məhkum edilmiş britaniyalı azadlığa çıxıb

Ötən həftə BƏƏ-də casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş britaniyalı aspirant Metyu Heces azad edilib.

Bu barədə "Sky News" telekanalı məlumat yayıb.

M.Heces BƏƏ Prezidenti Xalif bin Zaid əl-Nahayanın qarşıdan gələn BƏƏ-nin Milli Günü münasibətilə imzaladığı fərmanla əfv edilib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31