Azov dənizində baş verən hadisə ilə bağlı Avropa İttifaqında tədbir keçirilə bilər

Avstriya xarici işlər naziri Karin Knaysl Azov dənizinin Kerç boğazındakı hadisə ilə bağlı Avropa İttifaqının (Aİ) Siyasət və Təhlükəsizlik Komitəsinin iclasını keçirməyə çağırıb.

Avstriya hökuməti hazırda hadisə ilə bağlı məlumatların toplanması və müqayisəli təhlili ilə məşğuldur.

Nazir yaranan vəziyyətə dair Aİ-nin müştərək mövqeyini ifadə etmək üçün belə bir iclası zəruri bildiklərini vurğulayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31