Morozov: Kiyev üçün ssenarini ABŞ “yazır”

Kiyevin Hərbi Dəniz Qüvvələrinin təxribatları "arxasında quldur dayanan oğlanın" hərəkətlərinə oxşayır.

Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü Oleq Morozov danışıb.

"Əminəm ki, Ukrayna üçün münaqişə ssenarisini məhz ABŞ "çəkir", - Morozov bildirib.

Qeyd edək ki, ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib. Zəbt edilən gəmilər və Ukrayna hərbçiləri Kerç limanına aparılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31