Acunun arvadı onu Çağatay Ulusoyla aldadıb - İDDİA

Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalı xanımı Şeyma Subaşından boşanır.

Ayrılığın səbəbi xəyanətdir. İddialara görə, Şeyma Çağatay Ulusoyla Acunu aldadıb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, aylar əvvəl Şeyma Subaşı Çağatay Ulusoyla klubların birində əyləndikdən sonra onun evinə gedərkən görüntülənib. Acun isə həmin xəbərin mətbuatda işıqlandırılmasına mane olub.

Həmçinin deyilənə görə, Acun Dafne Samyelinin qızına Londonda ev alıb.

Qeyd edək ki, Acun Şeyma cütlüyünün 5 yaşlı Melisa adlı qızı var.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31