Hesabata baxdım, Qaşıqçının qatili odur - Senator açıqladı

Mənim gördüyüm kəşfiyyat hesabatına görə, Qaşıqçının qətli ilə bağlı əmri vəliəhd Salman verib.

Bu sözləri ABŞ-ın Yuta ştatının senatoru Mayk Li deyib.

"Prezident Tramp deyir ki, kəşfiyyatın bununla bağlı şübhəsi var. Lakin mən kəşfiyyat hesabatını gördüm. Trampın dedikləri ilə bu hesabat üst-üstə düşmür. Mən gördüyüm kəşfiyyat hesabatında Qaşıqçının Salmanın əmri ilə öldürüldüyü yazılıb", - senator bildirib.

Qeyd edək ki, Tramp bir qədər əvvəl MKİ-nin bu cinayətlə bağlı bəzi şübhələri olduğunu, lakin hələ dəqiq nəticə əldə edə bilmədiyini demişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31