Vaşadze Zurabişviliyə qalib gəldi - Sorğuda
Gürcüstanda keçiriləcək prezident seçkisinin ikinci mərhələsində Qriqol Vaşadze Salome Zurabişvilini üstələyə bilər.
26 Noyabr 2018 12:03 DünyaGürcüstanda keçiriləcək prezident seçkisinin ikinci mərhələsində Qriqol Vaşadze Salome Zurabişvilini üstələyə bilər.
Bu barədə məlumat "Edison Risöç" şirkətinin apardığı tədqiqatın nəticələrində yer alıb.
Şirkət hazırda ölkə ictimaiyyətinin 37%-i Vaşadzeyə, 35%-i isə Zurabişviliyə səs verməyə hazır olduğunu bildirib. Bitərəf şəxslərin səsləri isə namizədlər arasında bölünüb. Bu nəticəyə əsasən, 52% şəxsin Vaşadzeyə, 48%-in isə Zurabişviliyə səs verəcəkləri bəlli olub.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu 28 noyabrda keçiriləcək.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31