Rusiya ələ keçirdiyi gəmiləri Kerçə apardı

Rusiya tərəfindən ələ keçirilən Ukrayna döyüş gəmiləri Kerçdəki limana aparılır.

Bu barədə Federal Təhlükəsizlik Xidmətinin Krım üzrə nümayəndəsi Anton Lozovoy deyib. Onun sözlərinə görə, yaralanan 3 ukraynalı dənizçiyə tibbi yardım göstərilib.

Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.

Rusiya FTX 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb. Ukrayna isə 6 hərbçisinin yaralandığını bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31