Avstriyanın Ankaradakı səfirliyi yaxınlığında atəş açanlar saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları Ankaranın Atatürk bulvarında, Avstriyanın bu ölkədəki səfirliyinin binası yaxınlığında atəş açan şəxsləri saxlayıb.

Bu barədə Ankara vilayəti qubernatorunun administrasiyasından bildirilib.

Məlumata görə, ərazidə avtomobildən havaya atəş açılıb. Hadisə ilə bağlı iki nəfər saxlanılıb.

İlkin istintaq müəyyən edib ki, şübhəlilər sərxoş vəziyyətdə olublar. Faktla bağlı təhqiqat aparılır

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31