Kəsici alətlə silahlanan şəxs universitetə hücum edib, ölən və yaralananlar var
26 Noyabr 2018 11:29 DünyaÇində kəsici alətlə silahlanan şəxs Şandun Elm-Texniki Universitetinə hücum edib.
Hadisə zamanı 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Bildirilir ki, 49 yaşlı, Çjan soyadlı şəxs əvvəlcə universitetin iki mühafizəçisinə, bir xadiməyə, müəllimə və onun iki qohumuna hücum edib. Yaralıların hamısı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin müəllimin qohumlarından birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə gələn polis həmin şəxsi operativ yaxalaya bilib. Cinayətin başvermə səbəbi hələ məlum deyil. Təhqiqat aparılır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31