Əfqanıstanda silahlıların hücumu nəticəsində 22 polis həlak olub

Radikal "Taliban" qruplaşmasının silahlıları Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maşın karvanına hücum edib, nəticədə azı 22 polis məmuru ölüb.

Bu barədə Əfqanıstanın "Pajvak" agentliyi məlumat yayıb.

Hadisə Əfqanıstanın qərbindəki Fərah vilayətində baş verib.

Həmçinin daha 5 polisin yaralandığı bildirilir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31